Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri M.Vəliyev, Ə.Məmmədov və S.Hüseynov Yuxarı Aran kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 3 ədəd ov tüfəngi, ovladıqları çöl heyvanları və quşları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Həmçinin şöbə əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə cari il ərzində 31 qanunsuz ov silahı aşkar edilərək götürülüb.