Ermənistanda  Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayoru dövlətə xəyanətdə ittiham olunub. 

"Unikal" erməni KİV-ə  istinadən xəbər verir ki, bu  barədə  Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Bildirilir ki, MTX-nin Hərbi Əks-kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən  geniş əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayor zabiti olan ER vətəndaşı 2021-ci ilin iyulunda xarici xüsusi xidmət orqanlarına məlumat ötürürmüş.  

O, suverenlik, ərazi bütövlüyü və hərbi sahədə dövlət və rəsmi sirr təşkil edən məlumatları toplayıb pul müqabilində Ermənistan Respublikasının xarici xüsusi xidmət orqanlarına təhvil verib.  Adı açıqlanmayan mayor bunların qarşılığında 19.700 ABŞ dolları alıb və bununla da Ermənistanın ərazi bütövlüyü və respublikanın xarici təhlükəsizliyinə xələl gətirərək dövlətə xəyanət edib.

ER Milli Təhlükəsizlik Xidmətinin İstintaq Şöbəsində başlanmış cinayət işi çərçivəsində adıçəkilən zabitə qarşı ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam edir.

Gülayə Mecid