“Harika” brendinin təqdimetmə mərasimi keçirilib. Bazara yeni daxil olan “Harika” brendinin çətiri altında makaron və spagetti çeşidləri, un və un məmulatları təqdim ediləcək. Məhsul bazara “Bir sözlə Harika...” sloqanı ilə daxil olacaq.
"Unikal" xəbər verir ki, “HARİKA” makaron və spagettiləri zövqlə yemək bişirmək, zərif süfrə açmaq və fərqli təamlar hazırlamaq üçün idealdır. İstehlakçılar “HARİKA” makaron və spagettilərindən təkcə qarnir kimi yox, eyni zamanda müxtəlif növ salat, şorba əlavəsi və soba yeməklərinədə istifadə edə biləcəklər. “HARİKA” unları ilə bişirilən şirniyyatların isə nəfis, havalı, ətirli və yumşaq olacağına əmin ola bilərsiniz.
ARGE çalışmaları ilə yaxşı makaron və un necə olmalıdır sualı araşdırılmış, nəticədə seçilmiş xammal, müasir avadanlıq və sınanmış reseptura ilə Harika brendi yaradıldı. “Harika” makaron və spagetti çeşidlərinin istehsalında dünyanın müxtəlif ölkələrindən alınmış sərt durum buğdasından istifadə edilir. Buna görə də Harika makaron və spagettiləri yüksək zülal miqdarına, təbii qızılı rəngə, aşağı nişastalılığa, zəngin mikroelement və vitaminlərə sahib özəllikdədir. Məhsulun tərkibi insan sağlamlığı üçün vacib olan A vitamini, kalium, kalsium, fosfor, dəmir, maqnezium, beta keratin kimi mikroelementlərlə zəngindir.
Qeyd edək ki, Harika makaron və unları İtaliyanın “Fava”, “Ricciarelli”, İsveçrənin “Buhler” avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilir. Məhsullar müasir avadanlıqlarla təchiz edilmiş və akreditasiyadan keçmiş labaratoriyada daima yoxlanılır.
Məlumat üçün bildirək ki, “Harika” markasının təqdimetmə mərasimndə aşpazlar, qida sahəsində yazan bloggerlər, jurnalistlər, müxtəlif şirkət rəhbərləri və nümayəndələri iştirak edib. Qonaqlar üçün müxtəlif əyləncəli oyunlar, musiqili şou proqram və ziyafət təşkil edilib.