Belarus prezidenti Aleksandr Lukaşenko ötən həftə vəfat edən respublikanın xarici işlər naziri Vladimir Makey ilə vidalaşıb.

"Unikal" xəbər verir  ki, bu barədə “BelTA” məlumat yayıb.

Bildirilir ki, Lukaşenko diplomatla vidalaşmağa piyada gəlib. 

Qeyd edək ki, noyabrın 26-da Belarusun xarici işlər naziri Vladimir Vladimiroviç Makey 65 yaşında vəfat edib. O,  2012-ci ildən Belarusda Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb.

Gülayə Mecid