Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıl AES-də və Radioaktiv Tullantıların İdarə Edilməsi üzrə Mərkəzi Müəssisədə (CWRM) yoxlama aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.  

"22-24 noyabr 2022-ci il tarixlərində Çernobıl Atom Elektrik Stansiyasında və Mərkəzi Radioaktiv Tullantıların İdarə Edilməsi Müəssisəsində MAQATE -nin növbəti missiyası baş tutdu.  Xüsusilə, MAQATE nümayəndələri Podlisnıy və Buryakovka radioaktiv tullantıların utilizasiya sahələrinə, "PSPRV" Vektor istehsal kompleksinə baş çəkdilər", - mesajda deyilir.