İran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei bununla bağlı qərar imzalayıb.

O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.