Böyük Britaniyanın baş naziri Rişi Sunak London və Pekin arasında münasibətlərdə “qızıl dövr”ün başa çatdığını söyləyərək, Çin siyasətinə yanaşmaların yenidən nəzərdən keçirilməsinə çağırıb.

"Unikal" "Sky News"a  istinadən xəbər verir ki, o, bunu Londonun lord-merinin ziyafətində deyib. 

"Gəlin düzünü desək, “qızıl dövr” deyilən dövr ticarətin sosial və siyasi islahatlara gətirib çıxaracağı barədə sadəlövh fikirlə birlikdə başa çatdı. Amma biz də soyuq müharibənin bəsit ritorikasına arxalanmamalıyıq. Biz qəbul edirik ki, Çin bizim dəyərlərimizə və maraqlarımıza sistematik çağırış təqdim edir, ölkə daha böyük avtoritarizmə doğru irəlilədikcə bu problem daha da kəskinləşir", - Britaniyanın baş naziri deyib.

O, Çinin insan haqlarının pozulmasını tənqid edərək, İngiltərənin qlobal iqtisadi sabitlik və ya iqlim dəyişikliyi kimi məsələlərdə "Çinin dünya işlərində əhəmiyyətini sadəcə gözardı edə bilməyəcəyini" vurğulayıb.