Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası ölkədə suyun 2023-cü ilin yanvar ayından bahalaşacağını bidirib.

"Unikal" erməni KİV-lərinə  istinadən xəbər verir ki, Komissiya Ermənistan ərazisində su təchizatı üzrə “Veoliya Cur” Qapalı Səhmdar Cəmiyyətinin ərizəsini təsdiqləyib.

Belə ki, yeni tarifə  uyğun olaraq, 2023-ci il yanvarın 1-dən suyun bir kubmetrinin orta hesabla 8,419 dram (0,04 manat) qalxaraq 208,419 dram (0,90 manat) təşkil edəcək.