Fransa 56 yaşlı rusiyalı milyarder Süleyman Kərimov və onun ailə üzvləri ilə bağlı yeni təhqiqata başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Bildirilir ki, Kərimovun qızı 32 yaşlı Gülnarə Kərimova Rivieradakı bir neçə dəbdəbəli villanı satın alıb. Hazırda sanksiyalar siyahısında olan Kərimovlar ailəsinin üzvü bu villara nə az,  nə də çox 268 milyon avro (279 milyon dollar) xərcləyib. Bundan sonra G. Kərimova barəsində  araşdırmalara başlanılıb.