Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 29 noyabr 2022-ci il tarixində Xızı rayon Nicat Allahverdiyev adına Stalçay kənd tam orta məktəbində olub. 

"Unikal" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri, həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.  

Qəbul zamanı 13 məsələ qaldırılıb ki, onlardan 8-i yerində həll olunub, 5-i isə baxılması üçün nəzarətə götürülüb.  Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.  

Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. 

Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, yaşadıqları ərazidə asvalt örtüyünün, içməli su xətlərinin çəkilməsində və digər məsələlərin həllində köməklik göstərdiyinə görə RİH başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.