ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıdan sonra Tbilisə və İrəvana rəsmi səfərə yollanıb.

"Unikal" xəbər verir ki, Riker videomüraciətində qeyd edib ki, sülh prosesi asan deyil və bu illər ərzində bütün tərəflərə böyük çətinlik və iztirablar gətirib.

“Ancaq inanıram ki, dinc gələcəyə ümid var” deyən Riker, hər iki ölkənin arzuladığı sülhə doğru real addımlar gördüyünü bildirib.

ABŞ Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir, amerikalı həmsədr vurğulayıb ki, bu dialoqu yeni ilə qədər davam etdirməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan prezidenti və xarici işlər naziri Filip Rikeri qəbul edib və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesini müzakirə ediblər.

Gültəkin Ələsgər