"Sivil dünyanın Şimali Atlantika Alyansına ehtiyacı yoxdur, təşkilat “bəşəriyyət qarşısında tövbə etməli” və ləğv olunduğunu elan etməlidir".

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb.

Onun sözlərinə görə, NATO ölkələri müxtəlif ölkələrdə “on minlərlə mülki şəxsin” öldürülməsinə, habelə “ekstremist rejimlərə” silah-sursat verilməsinə səbəb olan dövlət çevrilişlərində iştirak edirlər. Medvedev bildirib ki, alyans yarandığı gündən “bir ovuc anqlo-sakson ölkəsi və onların əlaltılarının maraqlarından çıxış edərək özünün sırf qapalı korporativ mahiyyətini dəfələrlə sübut edib”, halbuki təşkilatın tərkibində dünya əhalisinin 12%-dən çoxu yaşamır.

"Sivil dünyanın bu təşkilata ehtiyacı yoxdur" deyən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini , "o, insanlıq qarşısında tövbə etməli və cinayətkar bir qurum kimi ləğv edilməlidir" deyə bildirib.

Gültəkin