Yunanıstanın paytaxtı Afina yaxınlığında 4,9 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, AFAD-dan verilən məlumata görə, zəlzələ 5,7 kilometr dərinlikdə baş verib.

Zəlzələnin episentrinin paytaxt Afinadan 57 kilometr şimal-şərqdə olduğu açıqlanıb.

4,9 bal gücündə baş verən zəlzələdən sonra heç bir neqativ halın olmadığı bildirilib.