Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Cozef Baydenlə görüşmək üçün Amerika Birləşmiş Ştatlarına rəsmi səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Bu, Fransa liderinin Baydenin prezidentliyi altında ABŞ-a ilk dövlət səfəridir. 

Makronun ABŞ-a səfəri ölkənin vitse-prezidenti Kamala Harrislə birlikdə NASA-nın qərargahına səfəri ilə başlayacaq. Amerika lideri ilə rəsmi görüş dekabrın 1-də baş tutacaq. Əsas müzakirə mövzusu Ukraynadakı münaqişə və onun yaratdığı problemlər, xüsusən də ölkədə enerji təhlükəsizliyinin təmin olunması olacaq.

Ağarza Elçinoğlu