Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, yaralıların 15-i polis əməkdaşıdır.

***09:47

Pakistanın cənub-qərbində yerləşən Bəlucistanın əyalətinin Kvette şəhərində partlayış olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb. Yaralılardan 15-nin polis əməkdaşı olduğu bildirilir.