Rusiya və Çinin hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub. 

"Unikal" xəbər verir ki, bu barədə Seulun Birləşmiş Qərargah Rəisləri bildiriblər. 

Təyyarələr arasında Çinin iki H-6 bombardmançı təyyarəsi, həmçinin Rusiyanın dörd Tu-95 bombardmançı təyyarəsi və iki SU-35 qırıcısının olduğu deyilir. 

Eyni zamanda, hərbi təyyarələrin hava hücumundan müdafiə zonasından keçdiyi, lakin Cənubi Koreyanın ərazi hava sərhədlərini pozmadığı bildirilib. 

Məlumata görə, Moskva və Pekin birgə hava təlimində iştirak ediblər. 

Ağarza Elçinoğlu