Payız ağac əkini mövsümü ilə əlaqədar meşəbərpa tədbirləri davam edir, meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov "Unikal"a bildirib ki, bu gün Quba, Qəbələ, Şəmkir, Sabirabad və Lənkəran rayonlarında keçirilən meşəbərpa tədbirləri zamanı  hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə  10 000 ağac tingi əkilib, 1450 kiloqram toxum səpilib.