Vətəndaşların qaz təchizatında üzləşdikləri problemlərin həlli istiqamətində həyata keçirilən "Açıq mikrofon” aksiyası növbəti dəfə Qəbələ sakinlərinin ixtiyarında olub.
"Unikal" "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, mikrofon önünə keçən sakinlərdən 4-nün müraciəti fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasından ibarət olub.
Zarağan qəsəbə sakini Elnur Zeynalov yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş edib. Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsinin sakinləri isə küçə qaz xəttinin çəkilməsini istəyib. Bütün müraciətlər SOCAR "Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin məsul şəxsləri tərəfində qeydə alınıb.