Ukraynanın xarici işlər naziri Dmitri Kuleba təcili olaraq Ukraynanın xaricdəki bütün səfirliklərinin təhlükəsizliyini gücləndirməyi tapşırıb.

"Unikal" xəbər veirr ki, bu barədə yerli “Public News” nəşri məlumat yayıb.

Qeyd edək ki, noyabrın 30- da Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib . İlkin məlumata görə, bir nəfər xəsarət alıb.

Hadisədən sonra Kuleba istintaqla bağlı İspaniya Xarici İşlər Nazirinə müraciət edib. Public News-un məlumatına görə, hazırda İspaniya hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.