İsveçin xarici ticarət naziri Yohan Forssel 2023-cü ildə Ukraynanın İsveçdən ən çox yardım alan ölkə olacağını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, Dagens Nyheter qəzetinə məlumat verib.

“Düşünürəm ki, gələn il Ukrayna İsveçdən ən çox yardım alan ölkə olacaq. Bu, tarixi bir dəyişiklikdir. Bu dərhal baş verəcək. Həm də məlum səbəblərə görə”, - deyə o bildirib.

Bundan əvvəl İsveçin xarici işlər naziri Tobias Billström bildirmişdi ki, İsveç Mülki Əhalinin Müdafiəsi İdarəsi Ukraynaya 180 tondan çox generator və transformator göndərib.

Onun sözlərinə görə, İsveç Ukrayna tərəfinə bütün sahələrdə yardımı davam etdirmək niyyətindədir.

Bundan öncə İsveçin müdafiə naziri Paul Jonsson bildirmişdi ki, ölkə hökuməti tezliklə Ukraynaya müasir silah sistemləri göndərmək barədə qərar verəcək. Məlum olub ki, İsveç hakimiyyəti Ukraynaya hərbi və humanitar yardım üçün 350 milyon dollardan çox vəsait ayıracaq.