Payız ağac əkini mövsümü ilə əlaqədar meşəbərpa tədbirləri bu gün Qəbələ, Quba, Şamaxı, Ağcabədi, Sabirabad, Lənkəran, Bərdə və Şəmkir rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev "Unikal"a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 16 000 ədəd müxtəlif növ ağac əkilib, 800 kiloqram palıd toxumu səpilib.