Bu gün DÇ-2022-nin F qrupunda mübarizəyə yekun vurulub.
"Unikal" xəbər verir ki, 1/8 finalın daha iki iştirakçısı müəyyənləşib.
Qrupda qaldığı rəsmiləşən Kanada özü üçün formal xarakterli matçda Mərakeşlə qarşılaşıb. Afrika təmsilçisi qalib gələrək qrup lideri kimi 1/8 finala adlayıb.
“Köhnə qitə” təmsilçilərinin qarşıdurmasında Belçika və Xorvatiya qarşılaşıb. Bunadək qrupun lideri olan, son dünya ikincisi balkanlılar son dünya üçüncüsü Belçika ilə heç-heçə etməklə 1/8 finala vəsiqə qazanan növbəti komanda olub.
Qeyd edək ki, bunadək 1/8 finalın 4 cütü müəyyənləşmişdi. Dekabrın 3-də Niderland – ABŞ və Argentina – Avstraliya, ertəsi gün İngiltərə - Seneqal və Fransa – Polşa görüşləri keçiriləcək. Onlardan başqa Braziliya və Portuqaliya da 1/8 finala yüksəlib.