Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Uşaq hüquqları aylığı” çərçivəsində məktəblilər üçün “Onlayn təhdidlər və kibergigiyena qaydaları” mövzusunda təlimlər keçirib.
"Unikal" xəbər verir ki, həmin təlimlər “Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.16-cı bəndində əks olunmuş tədbirlərin icrası məqsədilə təşkil edilib.
Treninqlər Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Binəqədi rayonu 284 nömrəli, Yasamal rayonu 21 nömrəli, Saray qəsəbəsi 3 nömrəli və Xırdalan şəhəri 21 nömrəli orta məktəblərdə keçirilib. Təlimlərə ümumilikdə 4 məktəbdən 8-11-ci siniflərdə təhsil alan 100-dən çox məktəbli cəlb edilib.
Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva məktəblilərə mövcud kibertəhdidlər və internetdən təhlükəsiz istifadəni təmin edən kibergigiyena qaydaları barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.