"Bir çox adamlar özünü yuyulmamış çömçə kimi ortaya atmağa çalışır. Naxçıvan həssas bölgədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, erməninin və digərlərinin öyrətdiyi adamlar Naxçıvan haqqında fikir söyləyir.
"Naxçıvan Muxtar Respublikası dövlətin, dövlətçiliyin, Prezidentin arxasındadır, sədaqətlidirlər, onun yolunda şəhid olmağa hazırdırlar. Burada siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Korrupsiya harada varsa, ora yoxlanılır. Orada yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Xahiş edirəm, bu məsələyə diqqətlə yanaşılsın".
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Etibar Əliyev bildirib ki, ortaya çıxan korrupsiyanın miqdarı Naxçıvan Muxtar Respublikasının büdcəsinin yarsını təşkil edir.
Anar Kəlbiyev