ABŞ, dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan tərəfindən təmsil olunan ən yüksək səviyyədə Ermənistan-Azərbaycan danışıqlarında iştirak edir və onu dəstəkləyir.
"Unikal" xəbər veirr ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker ABŞ səfirliyindən videomüraciətində deyib.
“Biz Cənubi Qafqaz regionunda dinc gələcəyin təmin edilməsi prosesinə sadiqik. Biz qəti şəkildə inanırıq ki, davamlı birbaşa dialoq (yəni hərbi fəaliyyət deyil, diplomatiya) məsələlərin həlli və hərtərəfli, davamlı sülh və firavanlığa nail olmaq üçün açardır.
Hamımız başa düşürük ki, bu asan deyil, lakin mən Blinkenin xarici işlər nazirləri Mirzoyan və Bayramovla görüşdə səsləndirdiyi müşahidəni təkrarlamaq istəyirəm. O bildirib ki, Birləşmiş Ştatlar sabit sülhün bərqərar olmasını səylərinizi dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırdır”, - Riker bildirib.
Gültəkin Ələsgər