Xəzərdə suitilərin kütləvi ölüm halları artıb.

"Unikal" xəbər verir ki, Qırmızı Kitaba düşən suitilərin sayı artaraq 2500-ə çatıb. Hazırda Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ölmüş suitilərin sayını hesablamağa davam edir.

Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.

Bildirilib ki, son 10 ildə suitilərin bu cür kütləvi ölümü aşkar edilməmişdir.

Suitilərin ölüm halları aparılan monitorinqlərin nəticəsindən sonra bəlli olacaq.

19:41

Xəzər dənizinin Dağıstan Respublikası ərazisindəki sahilində 700 suiti leşi aşkarlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Mahaçqala şəhərinin Kirov rayonu ərazisində Xəzər sahilində 700-ə qədər suiti leşi aşkar edilib. Mütəxəssislər məhv olmuş suitilərin sayının arta biləcəyini ehtimal edirlər.

Dəniz heyvanlarının hansı səbəbdən məhv olduğunu müəyyən etmək üçün laboratoriya tədqiqatları aparılır.