Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.
"Unikal" xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.
Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.
Gədəbəydə ucqar kəndlərə 5-10 sm qar yağıb. Gədəbəydə də yollarda nəqliyyatın hərəkətinə çətinlik yaranmaması üçün qum-duz qarışığı səpilir.
Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.