Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlir və xərcləri 53 milyon manat artırılır.
"Unikal" xəbər verir ki, büdcəyə dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Belə ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyin 978 min manat olacaq. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat nəzərdə tutulurdu.
Dövlət büdcəsinin xərcləri isə 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edəcək. Bundan əvvək dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat təşkil edirdi.