Payız əkin mövsümü çərçivəsində ölkənin bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Şəki, Qəbələ, Şamaxı, Şabran, Sabirabad və Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov "Unikal"a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 15 000-dən artıq müxtəlif növ ağac əkilib, 1 ton toxum səpilib.