"Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsinin 3-cü oxunuşda müzakirəsi təşkil olundu".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, büdcə sənədində sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik Naxçıvan Muxtar Respublikasında aparılan struktur islahatların fiskal təsirləri ilə bağlı idi:
"İlk dəfə olaraq Naxçıvanda gömrük yığımları muxtar respublikanın büdcəsinə deyil, birbaşa Azərbaycan dövlət büdcəsinə ödəniləcək. Belə ki, ƏDV üzrə 32 milyon 146 min manat, aksizlər üzrə 4 milyon 750 min manat, gömrük rüsumları üzə isə 16 milyon 382 min manat vəsait birbaşa dövlət büdcəsinə yönəldiləcək. Naxçıvan Baş Gömrük İdarəsinin maliyyələşdirilməsi muxtar respublikanın büdcəsindən deyil, mərkəzləşdirilmiş xərclərdən həyata keçiriləcək.