Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran rayonu akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Unikal"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Sənail Qənbərov, Qazax rayon sakini İntiqam Hüseynov, Mingəçevir şəhər sakini Bayram Mustafayev və Goranboy rayon sakini Rəcəb Abbasov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Yevlax rayon sakini Hüseyn Abdullayev və Bakı şəhər sakini Emil İsmayılov saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.