"Ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, bu, tibb müəssisələri, xəstələr və həkimlər üçün problem yaradır:
“Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir. Səbəbləri doğru dəqiqləşdirmək lazımdır. Burada görünən əsas üç səbəb hiss olunur. İkisi bizdən asılı olmayan beynəlxalq səbəblərdir. Sonuncu məsələ isə ölkədaxili məsələdir. Hər bir qurum problemin ciddiliyini anlayır. Əfsus ki, hələ də problem həllini tapmayıb”.
Anar Kəlbiyev