Azərbaycan Voleybol Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə ali təhsil ocağının ümumi və ixtisas kurslarının oğlan və qız tələbələri arasında keçirilən və 8 noyabr – Zəfər Gününə həsr edilən voleybol turnirinin qaliblərinin mükafatlandırma mərasimi olub.
"Unikal" xəbər verir ki, tədbirdə AVF-nin baş katibi Fərid Xəlilov, ADBTİA-nın İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov, Elmi katib Bəxtiyar Rüstəmov və İdman Oyun Növləri kafedrasının müəllimləri iştirak ediblər.
Yarışın nəticəsinə əsasən 1-2-ci yerləri tutmuş oğlan və qızlardan ibarət komandalar AVF tərəfindən pul mükafatı, ADBTİA tərəfindən diplomla təltif ediliblər.