AzTv-də yayımlanan “Əsas məsələ” verilişinin budəfəki buraxılışı Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə həsr olunub.
"Unikal" xəbər verir ki, verilişin qonaqlar arasında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay da yer alıb.
Bu, Bəxtiyar Paşanın Azərbaycan teleməkanında ilk çıxışıdır.
Bundan başqa, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov keçirilən təlimlərlə bağlı fikirlərini bölüşüb:
"Biz Azərbaycan Ordusunun və Türk Silahlı Qüvvətlərinin fərqliliklərini və ortaq hala gəlməsi üçün lazım olan çalışmaları iki ilə yaxındır ki, davam etdiririk. Gəldiyimiz nöqtə isə çox az mövzu qalmışdır. Onlarda çox böyük olmayan detallardır. Hazırda o detallarla bağlı çalışmalarımız davam edir. Buna Qara qüvvətlərin qurulması, universitetlərin, ixtisas məktəblərinin açılması komonda qruplarının yaradılması və s. söyləyə bilərik. Silah, təchizat və texnolojinin,o cümlədən zabit, gizir, MAXE və çağırışa gələn əsgərlərin təhsili daxil olmaq üzərə bir çox alanda ortaq çalışmalar yeridirik. Azərbaycan ordusunun gəldiyi səviyyə müstəqil olaraq istədiyi hər hansı hərəkatı icra edə biləcəyi qənaətinə bugünki təlimlərlə göstərmiş olur. Azərbaycan Ordusunun generalları, zabit və gizirləri və ordusu istənilən tapşırığı icra edə bİləcək səviyyədədir".