Onlayn İctimai Nəzarət Platforması (www.e-nezaret.az) sentyabr –noyabr aylarını əhatə edən rüblük fəaliyyətinə həsr olunmuş tədbir keçirib.
"Unikal" xəbər verir ki, tədbirdə son 3 ayda platformaya daxil olmuş müraciətlər və onların icra vəziyyəti müzakirə edilib. Qeyd olunub ki, Onlayn İctimai Nəzarət Platforması foto və video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Monitorinqin nəticələrinə görə “Azərsu” ASC vətəndaşların müraciətlərini operativ həll edən ən fəal dövlət müəssisələrindən biri olub və qeyd olunan problemlərin 70 faizi öz həllini tapıb.
Tədbirdə, həmçinin 2022-ci ilin sentyabr-noyabr aylarında daxil olmuş müraciətlər və onların icra vəziyyəti barədə hesabat açıqlanıb. 14 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması, bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub. “Azərsu” ASC vətəndaşların müraciətlərinin operativ həll edən ən fəal dövlət müəssisəsi mükafatına layiq görülüb.
Eyni zamanda 7 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib.