Azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.