Noyabr ayı ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi açıqlanıb.
Bu barədə "Unikal"a Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.
Bildirilib ki, Bakı şəhəri üzrə 24, digər rayonlar üzrə 2 aptek olmaqla 26 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddələri üzrə ümumilikdə 3 protokol tərtib edilib.