Avropa Xarici Əlaqələr Şurası dekabrın 12-də Rusiya və İran mövzularını müzakirə edəcək.
"Unikal" xəbər verir ki, sessiya Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Mütəxəssisi (Ali Nümayəndə) Josep Borrell-in sədrliyi ilə baş tutacaq.
Şuranın Brüsseldə keçiriləcək iclasından əvvəl Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirləri ilə görüşü nəzərdə tutulub.
“Şərq Tərəfdaşlığı”nın üzvləri altı keçmiş sovet dövlətidir: Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycan.
Son illərdə Belarusun nümayəndələri “Şərq tərəfdaşlığı” tədbirlərinə dəvət edilmir, çünki həmin ölkənin hakimiyyəti insan hüquqlarını kobud şəkildə pozur və Rusiyanın Ukraynaya qarşı təcavüzünü praktiki olaraq dəstəkləyir.
Gültəkin Ələsgər