İzmirin Səlcuq rayonunda Melisa Akcan adlı qadın bir gündə beş övladını itirib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Akcan ailəsini kədərə boğan faciə hər kəsin diqqətini çəkib. Belə ki, Melisa Akcan beş azyaşlı övladını evdə tək qoyub. Qapını kilidləyərək işinə gedən qadın evinə qayıdanda gözlənilməz hadisə ilə qarşılaşıb. 

Evdə baş verən yanğın onun övladlarının həyatına son qoyub. Hadisədən sonra qadın saxlanılıb. 5 azyaşlı uşaq isə yan-yana dəfn olunub.