"Ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsinə və onların təyinatı üzrə istifadə edilməsinə nəzarət gücləndirilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
"Azərbaycan Respublikasının vahid torpaq fondu 8,6 mln hektar təşkil edir ki, bundan kənd təsərrüfatına yararlı torpaq sahələri cəmi 4,8 mln hektardır. Son vaxtlar qeyri-kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələrinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı çox sayda müraciətlər olunur. Lakin kənd təsərrüfatı təyinatlı torpaqların ölkənin ərzaq təhlükəsizliyi, əhalinin ərzaq təminatı və məşğulluğu üçün vacib əhəmiyyətini nəzərə alaraq, həmin torpaqlardan təyinatından kənar istifadə edilməsi arzuolunmazdır və xüsusi nəzarətdə saxlanılacaqdır", - deyə Ə.Əsədov qeyd edib.
Anar Kəlbiyev