"Barselona" və PSJ klubları cari mövsümün sonu müqaviləsinin müddəti başa çatacaq Leo Messinin gələcəyi barədə danışıblar.
"Unikal" xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Yordi Kroyf La Liqanın maliyyə feyr-pley qaydalarına görə argentinalı ulduzun transferinin mümkünsüz olduğunu söyləyib:
"Messi üçün maliyyə feyr-pley qaydaları kimi bir çox problemli məsələlər var. Xəyal etmək pulsuzdur, lakin futbolçular pulsuz deyil. Bu, saədəcə Messiyə aid deyil. Ümumi olaraq, bütün transfer bazarı bu cürdür".
PSJ-nin prezidenti Nasser Əl-Xelaifi isə " Sky Sports"a açıqlamasında Messinin komandada qalmaq istədiyini deyib:
"Dünya Kubokundan sonra danışacağımız barədə razılığa gəldik, lakin hər iki tərəf də məmnundur. PSJ-də xoşbəxtdir, bunu yığmanın heyətində dünya çempionatındakı çıxışından da görmək olar. Cari mövsüm bizim üçün əla keçir".
Qeyd edək ki, argentinalı ulduzun gələcəyi ilə bağlı qərarını DÇ-2022-dən sonra verəcəyi gözlənilir.