Fransanın PSJ klubunda çıxış edən Neymar Braziliya millisindəki karyerasını başa vura bilər.
"Unikal" "Fox Sports"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya yığmasına uduzduqları 1/4 final mərhələsinin oyunundan sonra açıqlamasında bildirib.
Təcrübəli forvard hazırda bu məsələ ilə bağlı danışmağın çətin olduğunu söyləyib:
"Bundan sonra nə olacağını bilmirəm. Heç nəyə zəmanət verə bilmərəm. Düşünmək üçün mənə bir az vaxt lazımdır. Braziliya millisi üçün qapını bağlamıram. Amma qayıtmaq istədiyimi əminliklə deyə bilmirəm".
Qeyd edək ki, "sambaçılar" Xorvatiyaya penaltilər seriyasına uduzaraq mübarizəni dayandırıb.