Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Narkomaniyaya yox deyək” adlı növbəti seminar keçirilib.
"Unikal" xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı,təlimçi Vasif Quliyev tədbirin gedişatında gənclər arasında narkomaniya və pis vərdişlərdən yaranan fasadların qarşısının alınması yolları, narkomaniya və tütünə qarşı mübarizədə əhəmiyyətli bilinən maarifləndirmə tədbirlərinin təşkili, saglam həyat tərzinin təbliği, informasiya qıtlığının aradan qaldırılmasının əhəmiyyəti və s. məsələlərə aydınlıq gətirib.
ATMU-da təşkil olunan ”Narkomaniyaya yox deyək”adlı seminara Universitetin”Karyera və kommunikasiya”şöbəsinin əməkdaşları və tələbələr qatılıb.