AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Unikal" PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, "Sabah"ın futbolçusu Ceyhun Nuriyev "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII tur matçının 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 aylıq sınaq müddəti təyin olunub. Futbolçu 4 oyunluq cəzalanıb. Bunun 2-si şərti xarakter daşıyır. Klub isə 3 200 manat cərimələnib.
“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov isə hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib. Mütəxəssis həmçinin klubunu 800 manat ziyana salıb.
“Turan Tovuz” - “Neftçi” oyununda isə qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə "ağ-qaralar" 800 manat cərimə ödəyəcək.