Kosovonun şimalındakı Kosovska Mitrovitsadakı serblər yeni yol barrikadaları qurublar.
"Unikal" xəbər verir ki, bu barədə Kosovo Online məlumat yayıb .
Portal yük maşınlarının yolu bağladığını əks etdirən videoya istinad edib.
“Bu gün səhər saatlarında texnikumun yaxınlığındakı Bosnjaçka məhəlləsində yeni şlaqbaum quraşdırılıb”, - məlumatda deyilir.
Həmçinin Kosovo Online-ın məlumatına görə, serblər Kosovo Volban hakimiyyəti tərəfindən saxlanılan insanların azad edilməsi və polis qüvvələrinin Kosovonun şimalından çıxarılması tələblərini yerinə yetirdikdən sonra maneələri aradan qaldıracaqlarını açıqlayıblar.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, tanınmamış Kosovo respublikasında daha bir gərginlik Priştinanın hərəkətləri səbəbindən genişmiqyaslı münaqişəyə çevrilə bilər.
O xatırladıb ki, serblər etnik serb olan keçmiş polis zabiti Deyan Pantiçin saxlanmasına etiraz olaraq Kosovonun şimalında və Metoxiyada barrikadalar qurublar.