Sabah

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi martın 12-nə təyin edilib.

Unikal.org-un məlumatına görə, sabah Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesdə Ə. Zeynallıya hökm oxunması gözlənilir.

Qeyd edək ki, ötən proses zamanı hakimlər hökmü elan etmək üçün müşavirəyə yollanıblar. Məhkəmədə prosesin qeyr-müəyyən vaxtadək təxirə salındığı elan olunub.

Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.