Sabunçu Tibb Mərkəzinin tabeliyində olan 2 nömrəli Doğum Evinin baş həkimi Mehriban Abbasquliyeva işdən azad olunub.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
V. Qurbanovun digər əmri ilə M. Abbasquliyeva Respublika Perinatal Mərkəzin direktoru təyin olunub.
Orxan Həsənli