Hesablama Palatasına yeni auditor təyin olunacaq.
"Unikal" xəbər verir ki, Milli Məclisin sabah keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında” məsələ müzakirə olunacaq.
Layihəyə əsasən, Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb.
Qeyd edək ki, V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında çalışır. Hazırda isə palatanın Aparat rəhbəridir.