Ölkə ərazisində baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə tut tinglərinin növbəti əkini Yevlax rayonunun meşə fondu ərazisində keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov "Unikal"a bildirib ki, ETSN və KTN-in əməkdaşlarının iştirakı ilə 3 hektar ərazidə 10 000 tut tingi əkilib.
"Tut tinglərinin əkilməsi respublikamızda baramaçılığın gələcək inkişafına töhfə verməklə yanaşı, yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin sağlamlaşdırılmasına şərait yaradacaq".