İspaniyanın “Marca” nəşri 2022-ci ilin ən yaxşı futbolçusu üçün keçirilən səsvermənin nəticələrini açıqlayıb.

"Unikal" xəbər verir ki, 130 mindən çox abunəçinin iştirak etdiyi səsvermənin finalında PSJ-nin futbolçuları Kilian Mbappe və Lionel Messi qarşılaşıblar. Mbappe 56 faiz səs toplayıb və komanda yoldaşını qabaqlayaraq ilin ən yaxşısı seçilib.

“Real”ın hücumçusu Kərim Benzema isə sorğuda üçüncü olub.